TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİ BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİ İLƏ BAĞLI TƏBRİK ÜNVANLAYIB

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb.

Bu barədə nazirlik “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etməklə azərbaycanlı qardaşlarımızın qəlbində taxt qurdu. Bu özəl günü təbrik edir, şəhid və qazilərimizi anırıq”.