PREZİDENT İLHAM ƏLİYEV AKTAUDAKI TƏYYARƏ QƏZASINDA HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev sosial şəbəkələrdəki hesablarında Aktaudakı təyyarə qəzası ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.