Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Ali Baş Komandan kimi qətiyyətli və uzaqgörən rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirləri nəticəsində
Can Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməklə Siz həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də xalqınızın arzusunu yerinə yetirdiniz.
Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.
Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm”.
xxx
10:30
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – 2015-ci ildə Moldovanın Baş naziri Kiril Qaburiçi, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi, 2012-2014-cü illərdə Malavinin Prezidenti Coys Banda, 2018-2024-cü illərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
“Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq. Sizə möhkəm cansağlığı, sonsuz xoşbəxtlik və bütün işlərinizdə davamlı uğurlar arzulayırıq.
Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızı yüksək ehtiramla alqışlayırıq. Sizin uzaqgörən rəhbərliyiniz təkcə ölkənizin vətəndaşlarını deyil, həm də daha parlaq və firavan gələcək üçün göstərdiyiniz mühüm səylərin şahidləri olaraq hamımızı ruhlandırır.
Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mərkəzə olan inam və etimadınız ona bu gün dünyanın üzləşdiyi ən çətin problemlərdən bəzilərini həll edən mühüm platformaya çevrilməsinə imkan yaratmaqda önəmli rol oynamışdır.
Əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, ən səmimi arzularımızı bildiririk. Sizə və yaxınlarınıza uğurlu Yeni il diləyirik. Bəşəriyyətə xidmət işində daha böyük uğurlara nail olmaq üçün əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.”