Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər həlak olub, 3 nəfər yaralanıb.
“Haber Global” xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.
O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.
Məlumata görə, zavodda silah-sursat – ov patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.