XİN RƏHBƏRİ SERBİYALI HƏMKARI İLƏ İKİ ÖLKƏ ARASINDA STRATEJİ TƏRƏFDAŞLIĞIN ASPEKTLƏRİNİ MÜZAKİRƏ EDİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiç ilə geniş tərkibdə görüş keçirib.

Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, hərbi-iqtisadi, enerji, humanitar və digər aspektləri müzakirə edilib.

Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Ceyhun Bayramov həmkarına Ermənistanla sülh və münasibətlərin normallaşdırılması prosesi, eləcə də, sülh gündəmində qalan problemlər barədə də məlumat verib.

XİN rəhbəri serbiyalı həmkarı ilə iki ölkə arasında strateji tərəfdaşlığın aspektlərini müzakirə edib (FOTO)