KARATEÇİLƏRİMİZ DÜNYA MƏKTƏBLİLƏRİNİN İDMAN OYUNLARINDA 6 MEDAL QAZANIBLAR

Sentyabrın 11-dən 19-dək Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə “Dünya Məktəblilərinin İdman Oyunları” yarışı keçirilir.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, oyunlar çərçivəsində, sentyabrın 13-də keçirilən karate yarışlarında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin 8 idmançısı təmsil edib. Baş məşqçi Əbülfət Qarayevin rəhbərliyi altında yarışa yollanan karate komandamız 6 medal qazanıb.

14-15 yaşlı yeniyetmələrimizdən Rəşid Süleymanov (-63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar.

Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə Dünya İST Federasiyası tərəfindən xüsusi medalla təltif edilib.