10 Noyabr 2020 -ci ildən bu günə qədər işğaldan azad edilmiş torpaqlarda 178,145.4 ha ərazi minalardan və partlamamış sursatlardan təmizlənib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmətizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş piyada əleyhinə mina 35,194, tank əleyhinə minaların sayı isə 21,084 ədəd olub.
“Aşkar olunmuş partlamamış hərbi sursatların sayı isə 120, 233-dür. Cəmi resurslar: 2482 əməliyyat heyəti, 164 MAİ-lər və 85 minatəmizləyən maşınlardır. Təmizləmə göstəricilərinin illik 65,000 ha çatdırılması planlaşdırılır”, deyə məlumatda qeyd edilib.