Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 23 259 nəfər və ya 0,2 faiz artıb.
Əhalinin sayı 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10 142 392 nəfərə çatıb.
Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 149 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları
olub.