MELBURNDA İLANABƏNZƏR KÖRPÜ

Avstraliyanın Melburn şəhərindəki “Webb” körpüsü nəhəng ilana bənzəyir.

Zərif, nazik bir şəbəkəni xatırladan çox orijinal iki hissəli körpü avstraliyalı rəssam Robert Ouen və “Denton Corker Marshall” memarlar qrupu tərəfindən dizayn edilərək inşa olunub.

Körpünün birinci hissəsində uzunluğu 145 metr olan dəmir yolu var, uzunluğu 80 metr təşkil edən ikinci hissə isə tamamilə piyadalara və velosipedçilərə ayrılıb. Körpüdən rahat keçmək üçün burada əlil insanlara da zəruri şərait yaradılıb.

Maraqlı dizaynı olan “Webb” körpüsü, Melburnun əsas görməli yerlərindən birinə çevrilib.