AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA İKİTƏRƏFLİ VƏ REGİONAL ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB

Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında paylaşım edilib.

Görüşdə Pakistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və regional əməkdaşlıq layihələri müzakirə edilib.