Yaponiyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri İbaraki prefekturasında, ocağı 450 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar Çiba, İbaraki və paytaxt bölgəsi də daxil olmaqla ölkənin mərkəzi hissəsində hiss edilib.