ABŞ PREZİDENTİ BMT BAŞ ASSAMBLEYASINDA ÇIXIŞ EDƏCƏK

ABŞ prezidenti Co Bayden sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Associated Press” agentliyinin verdiyi məlumata əsasən, 100-dən çox dövlət və hökumət başçısı gələn həftə BMT Baş Assambleyasının dünya liderlərinin illik toplantısına şəxsən iştirak etməyi planlaşdırır.

Onların arasında – ABŞ prezidenti, İordaniya Kralı II Abdullah, Braziliya, Venesuela, Fələstin prezidentləri, həmçinin Yaponiya, Hindistan, Böyük Britaniya, İsrail Baş nazirləri.