Gürcüstanın Kutaisi şəhərində 15 və 17 yaşlılar arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş turnirdə Gürcüstan, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan olan 400-dən çox idmançı iştirak edib.
Turnirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.
H.Mansurov final görüşündə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb.