BAKI ŞƏHƏRİNDƏ 27 ÜNVANDA TƏMİR İŞLƏRİ APARILIB

Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə 27 ünvanda (küçə,prospekt və yol) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb:

1. 8 Noyabr prospekti
2. Mətbuat prospekti
3. Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
4. Nərimanov rayonu, Atatürk prospekti
5. Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək)
6. Həsənbəy Zərdabi küçəsi
7. Əhməd Rəcəbli küçəsi (C. Xəndan küç.-Z.Bünyadov pr.-Ak.Həsən Əliyev küç.-Təbriz küç.)
8. Mikayıl Müşfiq küçəsi (Mətbuat pr.-İ.Qutqaşınlı küç., “Qurd” qapısı-Bakı Şəhər DYP İdarəsinədək)
9. Nizami küçəsi (R.Behbudov küç.-K.Səfərəliyeva küç., Azərbaycan pr.-S.Rüstəmov küç.)
10. Səbail rayonu, Teymur Elçin küçəsi
11. Səbail rayonu, Mehdi Hüseyn küçəsi
12. Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
13. Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
14. Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
15. 28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
16. Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
17. Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
18. Kövkəb Səfərəliyeva küçəsi
19. A.S.Puşkin küçəsi
20. Nəsimi rayonu Droqal döngəsi
21. Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
22. Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolu (Yanardağa gedən yol)
23. Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
24. Zığ şosesi (Beton yol)
25. Nazim Hikmət küçəsindən Xarici dairəvi avtomobil yoluna çıxışda genişləndirmə işləri
26. Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış
27. Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək).

Təmiri aparılmış küçə və prospektlərin ümumi sahəsi 1 148 000 m2 təşkil edir.