“YAŞIL ARTIM PORTALI” ÖLKƏLƏRƏ VƏ İNVESTORLARA YAŞIL KEÇİD STRATEGİYALARINI TƏKMİLLƏŞDİRMƏYƏ KÖMƏK EDƏCƏK

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da (COP29 Azerbaijan) təqdim olunan “Yaşıl artım portalı” (https://growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, universitetin “Growth Lab” (Harvard’s Growth Lab) Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir: “Yaşıl artım portalı” karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək”.