Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, noyabrın 18-dən noyabrın 24-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 203, tank əleyhinə 10 mina və 862 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə ötən həftə 1457.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.