Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında saniyədə 23, Şahdağda 20, Balakən, Qobustan, Şabranda 18 metrədək güclənib.
Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görmə məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11°, Naxçıvan Muxtar Respublikasında 10°-dək isti, Aran rayonlarında 8°-dək isti, dağlıq rayonlarda 2°-dək şaxta qeydə alınıb.