Fransanın İzer departamentinin xilasetmə xidmətinin helikopteri ölkənin cənub-şərqində qəzaya uğrayıb.
Bu barədə mənbələrə istinadən “BFM” telekanalına istinadən xəbər verib.
Məlumata əsasən, helikopterin göyərtəsində 5 nəfər olub.
Fransanın daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, qəza nəticəsində 1 nəfər həlak olub. Digər 4 nəfər barədə məlumat verilmir.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın səbəbi məlum deyil.