NAXÇIVANIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA AYRILMIŞ VƏSAİT AZALDILIB – FƏRMAN

Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 26 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Dəyişikliyə əsasən, bu il “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41 milyon 700 min manata endirilib.