TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.
Bununla bağlı o, özünün tvitter hesabında yazıb.
R.Bayramlı yazıb: “Hörmətli dostlar!
Artıq TƏBİB-in İdarə Həyətinin sədri vəzifəsindən ayrılmağım üçün əraziə ilə müraciət etmişəm.
İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.
Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm”.