Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin əsgərləri terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində Türkiyə ordusunun iki əsgəri şəhid olub, üçü isə yaralanıb. B
u barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Məlumatda bölgədə axtarış-təmizləmə əməliyyatları həyata keçirən hərbçilərin hərəkətdə olduğu zaman hücuma məruz qaldıqları bildirilib. Hücum nəticəsində yaralı hərbi qulluqçular dərhal xəstəxanaya yerləşdiriliblər.