Noyabrın 15-də “Yaşıl artım portalı”nın açılışı olacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə keçirilən yüksəksəviyyəli sessiyada deyib.
“İki gün sonra hər iki istiqamətdə işləmək üçün əsas vasitəyə çevriləcək “Yaşıl artım portalı” istifadəyə veriləcək. Portal yaşıl istehsalın və ticarətin inkişafı üçün nəyin maneə olduğunu və ya əksinə, nəyin nəticəsi olduğunu aydın şəkildə göstərən rahat mexanizm təqdim edəcək”, – deyə nazir bildirib.