COP29 MƏKANINDA DƏNİZ MƏDƏNÇİLİYİ VƏ BALİNA OVUNA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası təşkil edilib.

Beynəlxalq təşkilatların dəstəyi, aktivistlər, fotoqraf və müxtəlif ölkələrdən mütəxəssislərin dəstəyi ilə keçirilən aksiya COP29 məkanının Yaşıl Zonasında baş tutub.

Aksiyada İsveçrə, Kanada və Böyük Britaniyadan nümayəndələr iştirak ediblər. Aksiya iştirakçıları Norveç hökumətinin öz dəniz ərazilərində yerli şirkətlərə dərin dəniz mədənçiliyi ilə məşğul olmaq üçün lisenziyalar verərək, təbii resursların istismarına başlamaq planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

İştirakçılar bildirib ki, onlar balina ovunun hələ də davam etməsinə diqqət çəkmək istəyirlər. Aksiya iştirakçısı Elissa Мау Phillips qeyd edib ki, bu, dünyanın bir sıra ölkələrində hələ də davam edir.