Azərbaycanın cüdo üzrə milli komandası Kazanda keçirilən birinci MDB Oyunlarında gümüş medal qazanıb.
Komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, birinci MDB Oyunlarına sentyabrın 11-də yekun vurulacaq.