BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ ORTA DƏHLİZİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ GÖRƏ BİLƏCƏYİ İŞLƏR MÜZAKİRƏ EDİLİB

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib.

Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.