SERGEY LAVROV: XƏZƏRYANI ÖLKƏLƏR MÜNASİBƏTLƏRİNİN NORMATİV-HÜQUQİ BAZASINI TƏKMİLLƏŞDİRİR

Xəzəryanı ölkələr münasibətlərinin normativ-hüquqi bazasını təkmilləşdirir və regionda əlaqələri yeni səviyyəyə çıxararaq siyasi dialoqu təşviq edir.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-cı Xəzər mediaforumunun iştirakçılarına ünvanlanan müraciətində deyilir.

Nazir bildirib ki, Xəzər mediaforumunun görüşləri Xəzəryanı dövlətlərin aktual məsələlərinin müzakirəsi üçün zəruri vasitə kimi özünü təsdiq edib:

“Xəzər regionunda əməkdaşlıq yeni səviyyəyə çıxır, normativ-hüquqi baza təkmilləşdirilir, çoxtərəfli formatlar və mexanizmlər çərçivəsində dialoq təşviq edilir. Etimadın dərinləşməsinə edilən töhfə informasiya sahəsində əməkdaşlığa yol açır”.