MTM vətəndaşlar arasında sorğu keçirərək onların içməli su ilə bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1338 respondentin 56%-ni qadınlar, 44%-ni kişilər təşkil edib.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin 35%-i kran suyunu qaynatdıqdan sonra, 30%-i filtrlənmiş formada, 17%-i isə təmizlənməmiş halda istifadə edir. Bu sudan istifadə etməyənlər iştirakçıların 18%-ni təşkil edib.
Ötənilki və builki sorğuların nəticələrinin müqayisəsi göstərir ki, kran suyundan istifadə etməyənlərin sayı 5% azaldığı halda, filtirlənmiş formada istifadə edənlərin sayı 5% artıb.
Sorğu iştirakçılarının 31%-i yaşadığı yerin kran suyunu içmək üçün təhlükəsiz hesab edir. Onlarla həmfikir olmayanlar respondentərin 51%-ni, bununla bağlı suala cavab verməkdə çətinlik çəkənlər isə 18%-ni təşkil edib.
Məlum olub ki, kran suyunun keyfiyyətini iştirakçıların 18%-i mütəmadi olaraq, 37%-i arabir yoxlayır. Respondentlərin 45%-ni bunu heç vaxt etmədiyini deyib.
“Sudan istifadəyə görə ayda nə qədər pul ödəyirsiniz?” sualını cavablandıranların 44%-i 15 manatdan az, 41%-i 15-30 manat, 11%-i 30-50 manat, 4%-i isə 50 manatdan çox ödədiyini bildirib.