BAKIDA TÜRKDİLLİ ÖLKƏLƏR ARASINDA İQTİSADİ SAZİŞLƏR İMZALANIB

Bakıda türkdilli ölkələr arasında müxtəlif iqtisadi zonalarda informasiya və təcrübə mübadiləsi üzrə anlaşma memorandumunun imzalanması mərasimi keçirilib

. Sənədlər Türk Şurası ölkələrinin nümayəndələri tərəfindən imzalanıb.Sazişlər informasiya mübadiləsi, elektron ticarət sahələrini əhatə edir.Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.