PARLAMENT MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİ ÜZVLƏRİ İLƏ BAĞLI DƏYİŞİKLİKLƏRİ TƏSDİQLƏYİB

Milli Məclis Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında qanun layihələrini təsdiqləyib.

Bununla bağlı məsələlər parlamentin noyabrın 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin olunublar. Eyni zamanda, Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsindən azad edilib.