Azərbaycanda səfərdə olan Türk Şurası ölkələrinin iqtisadiyyat və ticarət nazirləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qonaqlar Əbədi Məşəl Abidəsinin önünə əklil qoyub, daha sonra Türk şəhidliyini ziyarət ediblər.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərin 10-cu iclası və Biznes Forumu baş tutacaq.