BAKIDA TÜRK ŞURASININ İQTİSADİYYAT NAZİRLƏRİNİN 10-CU İCLASI KEÇİRİLİR

Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabında yazıb.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir. Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakı-da keçirilir” – deyə paylaşımda bildirilib.