Bakı metrosunda qatarın hərəkətində nasazlıq yaranıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə təlimat tələbinə uyğun olaraq”Ulduz” stansiyasında dayanıb və sərnişinləri düşürdülüb:
“Qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə yubanma olub”.