ZAKİR HƏSƏNOV “MƏRAKEŞ AVİAŞOU 2024” SƏRGİSİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov “Mərakeş Aviaşou 2024” sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər.

Çıxışlardan sonra “Mərakeş Aviaşou 2024” sərgisi ziyarət olunub.

General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.

Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri aparılacaq.

Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılış mərasimində iştirak edib (FOTO)