ÜMUMDÜNYA ŞAHMAT OLİMPİADASI: AZƏRBAYCAN YIĞMASI BELARUS KOMANDASINA QALİB GƏLİB

Bu gün ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda növbəti 3 turun oyunları keçirilir.

B qrupunda mübarizə aparan komandamız ilk görüşündə Belarus yığmasına 3:2 hesabla qalib gəlib, ikinci qarşılaşmasında isə Hindistan seçməsinə 0,5:2,5 hesabla uduzub. Yığmamız günün son qarşılaşmasını Moldova komandasına qarşı keçirəcək.

Qeyd edək ki, dünən keçirilmiş üç turdan sonra 3 xalla komandamız 10 yığma arasında 5-ci pillədə qərarlaşıb.

Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.

Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.

Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.