BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA 29 OKTYABR – TÜRKİYƏNİN CÜMHURİYYƏT GÜNÜ MÜNASİBƏTİLƏ PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva 29 Oktyabr – Türkiyənin Cümhuriyyət Günü münasibətilə rəsmi Instagram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Türkiyə xalqını milli bayramı – Cümhuriyyət Günü münasibətilə səmimi – qəlbdən təbrik edirəm! Qoy Azərbaycan – Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!”