Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
Bu, FİG-in 85-ci hesabat-seçki konqresində gerçəkləşib.
Tədbir Qətərin paytaxtı Dohada keçirilib. Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru əvvəllər də üzvü olduğu komitəyə yenidən seçilib.