AZƏRBAYCANDA VƏ ÖZBƏKİSTANDA MÜVƏQQƏTİ İŞLƏYƏNLƏRİN ƏMƏK FƏALİYYƏTİ İLƏ BAĞLI SAZİŞ TƏSDİQLƏNİB

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiqlənib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Hökumətinə bildiriş göndərmək tapşırılıb.