BAŞ NAZİR ƏLİ ƏSƏDOV TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ CEVDET YILMAZA BAŞSAĞLIĞI VERİB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 24-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Azərbaycanın Baş naziri bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıb.