Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında – “Zakupki.gov.ru” tender elanında Azərbaycana qarşı təxribat aradan qaldırılıb.
Saytda artıq düzəliş edilib. Belə ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.
Əvvəlki variantda qeyd olunun ifadə isə saytdan yığışdırılıb.