Yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində ictimai nəqliyyatın hərəkətində ləngimələr və intervallarda artım maşahidə edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, intensiv yağış marşrut şəbəkəsinə təsirsiz ötüşməyib.
Zağulba-Mərdakən şosesindəki və Asif Əsədullayev küçəsində tunellər bağlı olduğundan 144 və 214 nömrəli marşrut avtobusları alternativ yollarnan hərəkət edib. Tunellərin su ilə dolması nəticəsində bir sıra müntəzəm marşrutların hərəkət sxemində məcburi dəyişiklik edilib. Belə ki, 191 nömrəli marşrut “Qara Qarayev” metrostansiyasından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinədək fəaliyyət göstərir. 161 nömrəli marşrut Hövsan-Zığ Şosesi ilə hərəkət edərək Suraxanı qəsəbəsi istiqamətinə hərəkət edir.
“Koroğlu” NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyasının “piramida” çıxışı qarşısından fəaliyyəti davam etdirir.