AZƏRBAYCAN VƏ MOLDOVA ARASINDA İMZALANMIŞ READMİSSİYA İLƏ BAĞLI SAZİŞ TƏSDİQLƏNİB

2024-cü il mayın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş” təsdiq edilib.

Bu barədə qanunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzalayıb.