ƏHMƏD RƏCƏBLİ KÜÇƏSİNDƏ TƏMİR İŞLƏRİ APARILIB

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər çərçivəsində Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinədək olan 810 metrlik hissəsi təmir edilib.

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilmişdi.

Əhməd Rəcəbli küçəsində təmir işləri aparılıb (FOTO/VİDEO)

Əhməd Rəcəbli küçəsində təmir işləri aparılıb (FOTO/VİDEO)