DİM QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ MÜRACİƏT EDİB

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahan keçirəcək.

Mərkəzdən bildirilib ki, imtahan verəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.