COP29-DA “UNİFORMALARIN PAYLANILMASI VƏ AKKREDİTASİYA MƏRKƏZİ”NİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Oktyabrın 19-da Milli Gimnastika Arenasında yerləşən “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimi keçirilib.

Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29 Prezidentliyinin digər nümayəndələri və könüllülər iştirak ediblər.

Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 uniformalarının paylanması üçün zonalar var. Mərkəz həftənin 6 günü fəaliyyət göstərəcək.

Qeyd edilib ki, mərkəz bu gündən etibarən xidmətə tam hazırdır. Tədbir müddətində istifadə edilən uniforma materialları dayanıqlılıq və davamlılıq prinsipləri əsasında istehsal olunub. Uniformalar yerli istehsaldır.

Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartı təqdim olunub.