CEYHUN BAYRAMOV SABAH GÜRCÜSTANA SƏFƏR EDƏCƏK

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də Gürcüstana səfər edəcək.

Bu barədə Gürücstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, o cümlədən münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda iki ölkə arasında reallaşdırılan qarşılıqlı layihələr müzakirə ediləcək.