Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında növbəti dəfə antiterror əməliyyatı keçirib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb. Qeyd olunur ki, əməliyyat nəticəsində 13 PKK-lı terrorçu zərərsizləşdirilib. Həmin terrorçuların hücum həyata keçirməyi planlaşdırdıqları məlum olub.
Xatırladaq ki, ötən gün Suriyanın şimalında hücum nəticəsində 1 türkiyəli hərbçi həlak olmuşdu.