ŞUŞADA İSLAM DÜNYASI İRS KOMİTƏSİNİN 12-Cİ İCLASI KEÇİRİLƏCƏK

Şuşa şəhərində oktyabrın 8-9-da İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək.

Bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) “X” sosial media hesabında qeyd edilib.

Bildirilib ki, iclasın keçirilməsində məqsəd üzv dövlətlərin öz tarixi obyekt və mədəniyyət elementlərinin ISESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflərin müzakirə edilməsidir.