BRİTANİYA LİVANA ƏLAVƏ 10 MİLYON FUNT STERLİNQLİK YARDIM AYIRIB

Böyük Britaniya Livana göstərdiyi humanitar dəstəyi gücləndirərək əlavə 10 milyon funt sterlinqlik yardım paketi elan edib.

Britaniya bundan əvvəl Livanda təmiz su, sanitariya xidmətlərinə, səhiyyə və qida təminatına dəstəyi artırmaq məqsədilə UNICEF-ə 5 milyon funt sterlinqlik yardım etmişdi.

Qeyd edək ki, Böyük Britaniya hökuməti Livanda olan bütün vətəndaşlarına təcili olaraq ölkəni tərk etməyi tövsiyə edib və Livandan çıxmaq istəyən vətəndaşlarına kömək məqsədilə əlavə çarter reyslər təşkil edib.