SURİYANIN ŞİMALINDA TÜRK HƏRBÇİSİ HƏLAK OLUB

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatlarının keçirdiyi bölgədə baş vermiş hücum nəticəsində 1 hərbçi həlak olub.

Daha 4 türkiyəli hərbçi yaralanıb.

Qeyd olunur ki, hücum Əl-Bab şəhərindəki bazada qeydə alınıb.

Hücumdan sonra Türkiyə ordusu bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyat nəticəsində çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib.