Məktəblərdə idman zalları və bufetlər mərhələli şəkildə açılacaq.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda alqoritm olmadığı üçün bu barədə dəqiq məlumat verə bilmir: “Məsələn, əvvəlcə bölgə məktəblərində, daha sonra şagird sayı az olan, ondan sonra vaksinasiya səviyyəsi yüksək olan məktəblərdə, yəni pillə-pillə bu açılımlara gedəcəyik. Amma belə açılımlar yoluxmaya təsir edə bilər. İnanırıq ki, bu modellə davam edə bilərik”.